Miqrenə qarşı necə mübarizə aparmaq lazımdır? - Mütəxəssisdən AÇIQLAMA

SAĞLAMLIQ
09:57 / 01.10.2024
335

"Miqrenin necə yarandığı tibb elmində hələ də sual olaraq qalır". 

Bu sözləri tibbi ekspert, həkim-terapevt Rasif Bağırov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, miqrenin hansı səbəbdən yarandığı da hələ ortaya çıxmayıb:

"Tibb elmi hələ ki, bunu tam araşdırmayıb. Bilinən ondan ibarətdir ki, beyinin müəyyən bir sahəsində damar divarı tamamilə tonusdan düşür və həmin sahədə qan yığını əmələ gəlir. Nəticədə, xəstədə güclü baş ağrıları, ürəkbulanması və başgicəllənməsi olur".

359202

Həkim vurğulayıb ki, miqren adətən gəlməmişdən qabaq xəbərdarlıq edir:

"Yəni xəstələrin çoxu artıq prosesin başlayacağını əvvəlcədən hiss edir. Buna görə də lazım olan müəyyən dərmanları qəbul edirlər. Dərmanları qəbul etdikdən sonra tədricən özlərini yaxşı hiss edirlər". 

Mütəxəssis miqrenlə mübarizə zamanı atılacaq addımlardan da danışıb:

"Konkret olaraq xəstələrin nə edib-etməyəcəklərini demək bir az çətindir. Amma miqren başlamadan öncə onlara xəbərdarlıq olunanda təyin olunmuş dərman preparatlarının qəbul etməlidirlər. Onlar, bunu etməklə sözügedən prosesin ağır formada getməyinin qarşısını alırlar. Üstəlik, xeyli müddət bunu təkrar etdikdən sonra hər şey tədricən qaydasına düşür".

Pərviz

0