Proseslər İran-İsrail müharibəsinə doğru gedir? - RƏY

DÜNYA
14:10 / 01.10.2024
349

"İsrail və"Hizbullah" arasında baş verən hərbi toqquşma gözlənən idi".

Bu sözləri politoloq Turan Rzayev Hit.az-a açıqlamasında deyib.

O bildirib ki qaldı, İsrail HƏMAS-dan sonradan növbəti hədəfinin "Hizbullah" olacağını daha əvvəldən elan etmişdi:

"Bəziləri isə son baş verənləri İsrail-Livan müharibəsi adlandırır. Amma bunu doğru hesab etmirəm. Çünki İsrail Livanla müharibə aparmır, sadəcə Livanın ərazisində dövlət quran "Hizbullah" təşkilatı ilə mübarizə aparır.

"Hizbullah" İsrailin dövlətçiliyinə və ərazi bütövlüyünə təhdid yaratdığı üçün bu ölkə tərəfindən terror təşkilatı adlanır. Yəni İsrail ölkə daxilindəki vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün ölkə xaricində antiterror əməliyyatları həyata keçirir. Baş verən prosesləri ümumi mənada antiterror əməliyyatları adlandırmalıyıq". 

359231

Turan Rzayev qeyd edib ki, "Hizbullah"ın Livandakı fəaliyyəti bu ölkənin mərkəzi hakimiyyətinə qarşı da təhdid idi:

"Ona görə də bu əməliyyatlarda Livanın maraqlı olduğunu düşünürəm. Nəzərə almaq lazımdır ki, öldürülən şəxslər yalnız "Hizbullah" rəsmiləri və liderləridir. Üstəlik, sadəcə bu təşkilın hərbi obyektlərinə zərbələr endirilib. Ona görə də 1 nəfər belə livanlı dövlət rəsmisi həlak olmayıb".

Ekspert diqqətə çatdırıb ki Livan ordusu İsrail ilə müharibə aparmır və cavab zərbəsi endirmir:

"Hətta Livan hakimiyyəti də "Hizbullah"dan bezib. Nəzərə almaq lazımdır ki, sözügedən təşkilatının Livandakı hakimiyyət boşluğundan yaralanmışdı. Bu əməliyyatdan sonra isə "Hizbullah"ın Livandakı dayağı ciddi surətdə sarsıla bilər".

Turan Rzayevin fikrincə, proses İran-İsrail müharibəsi ilə nəticələnməyəcək:

"İranın sadəcə proksi qüvvələr vasitəsilə mübarizə aparır. Amma yaxın perspektivdə İranın özünün birbaşa İsraillə müharibəyə girəcəyi inandırıcı deyil".

Pərviz

0