Sonsuzluğu olanların və cavan qalmaq istəyənlərin nəzərinə - Balqabaq yeyin

SAĞLAMLIQ
18:05 / 02.10.2024
286

Hit.az “Min dərdə dərman bitkilər” rubrikasına start verir.

Bu rubrikada şəfalı bitkilər, tanıdığımız meyvə tərəvəzlərin tanımadığımız xüsusiyyətləri barədə məlumat verəcəyik.

Bu gün dünyanın ən böyük giləmeyvəsi  olan balqabağın şəfalı xüsusiyyətlərindən danışacağıq. 

Fitoterapevt Yasəmən Əliyeva Hit.az-a bildirib ki, balqabaq  meyvəsi kalsium, fosfor, dəmir, maqnezium, natrium, kalium kimi minerallarla zəngindir.

"Balqabaq insan hüceyrələrini cavan saxlayır, dərinin qocalmasının qarşısını alır, prostat xərçəngində,mədə- bağırsaq,  ürək – dammar xəstəliklərində faydalıdır. Balqabaq tumları qəbizliyə yaxşı təsir edir, bağırsaq qurdlarını məhv edir,  daxildəki iltihabları aradan qaldırır. Sonsuzluq və hormonal pozuntu problemi olan insanlar üçün də balqabaq tumu faydalıdır. O, beta-karotenoid maddəsi ilə zəngindir. Hüceyrələri qoruyan bu maddə A vitaminin əmələ gəlməsində əvəzsiz rol oynayır".

Murad

0