Təhsilli qozbel körpələr

SOSİAL
20:20 / 03.10.2024
253

5 yaşlı uşaqlar ana qucağından qoparılıb, məktəbəqədər hazırlıq qruplarına aparılırlar.

Bir zamanlar uşaq bağçaları var idi. Uşaqlar burada yataraq, dincələrək, gününü keçirə bilirdi. İndi parta arxasında oturub, əziyyət çəkirlər.

Üstəlik saysız-hesabsız kitab dəftərlərlə doldurulmuş, ağır çantaları daşıya bilmir, ağlayırlar, məktəbə getmək istəmirlər.

Artıq belləri əyilib, qolları ağrıyır. İnsan bilmir,  uşaqları məktəbdən çıxarsın, sağlam və savadsız qalsınlar, yoxsa məktəbə gedib xəstə və savadlı olsunlar.

Müəllim deyir ki, mənim sinfimdəki bütün uşaqlar məktəbə hazırlıq qrupunda öyrənib gəlib, 1-ci sinfə gələndə oxumağı bacarmalıdır. 

Uşaq məktəbə alim kimi getməlidir? Onda birinci sinif nə üçündür?

Dolu-dolu məktəb çantalarını məktəbə daşıyan analar, nənələr özləri əziyyət çəkirlər, qalmışdı uşaq ola.

Dərsə çatmaq üçün uşaq sübh tezdən durub, tıxaclarda ilişməmək üçün yola çıxmalıdır.  Axşam hazırlıqlardan, falan evə gəlib , yenidən dərs hazırlayır, gecə yarı olur. 

Bir sözlə dərs mövsümü bizim ailələrdə qayğı, ailəvi dərd mövsümüdür. Ailəlikçə dərs oxuyur, ailəlikcə 2 alır, ailəlikcə məktəb yollarına düşürük. Bunun bir ayrı yolu yoxdurmu?

Murad
 

1