“Qalatasaray” Azərbaycanı təbrik etdi

İDMAN
16:17 / 28.05.2020
1313

Türkiyənin "Qalatasaray" klubu Azərbaycan Xalq Cümhuriyyətinin 102 illiyi ilə bağlı paylaşım edib.

Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi 28 May – Respublika Günü münasibətilə Azərbaycanı təbrik edib.

Super Liqa komandası rəsmi feysbuk və tvitter səhifəsi vasitəsilə paylaşım edib: "Dost və qardaş ölkə Azərbaycanın Cümhuriyyət bayramı mübarək olsun!".

Qeyd edək ki, Türkiyənin digər klubu "Çaykur Rizəspor" da sosial şəbəkə vasitəsilə Azərbaycana təbrik mesajı yayımlayıb.

0