ABŞ-da yüzlərlə keçmiş məmur və hərbçi Trampı dəstəklədi

DÜNYA
21:14 / 04.10.2024
220

400-dən çox milli təhlükəsizlik və xarici siyasət rəsmisi, Nazirlər Kabinetinin keçmiş üzvləri, istefada olan hərbçilər və Qızıl Ulduz ailəsi Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampı dəstəklədiklərini açıq məktubla bildiriblər. 

HİT.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Açıq məktubu keçmiş milli təhlükəsizlik müşaviri Robert O'Brayen və Milli Təhlükəsizlik Şurasının keçmiş Aparat rəhbəri Aleks Qrey hazırlayıb. Onlar həmçinin ABŞ Ağ Evinin hazırkı rəhbəri Co Bayden administrasiyasının xarici siyasətinin “dəfələrlə uğursuzluqlarını” pisləyib və amerikalıları noyabr seçkilərində Trampı yenidən seçməyə çağırıblar.

“Dünyada artan müharibələr, terrorçuların ABŞ-a axışmasına imkan verən açıq sərhəd və Çin kimi bədxahların dayanmadan fəaliyyət göstərməsi ilə ABŞ-ın milli təhlükəsizliyi Kamala Harris və Co Baydenin uğursuz siyasətləri ilə ciddi şəkildə zədələnib", deyə məktubda qeyd edilir.

Bildirilir ki, məktubu Tramp administrasiyasının bir neçə tanınmış rəsmisi, o cümlədən keçmiş dövlət katibi Mayk Pompeo, keçmiş baş prokuror Bill Barr, ABŞ-ın BMT-dəki keçmiş səfiri və 2024-cü ildə Respublikaçılar Partiyasından prezidentliyə keçmiş namizəd Nikki Heyli də imzalayıb.

Samir
 

0