Tramvay xətlərinin bərpası tıxacları azalda bilər? - RƏY

İQTİSADİYYAT
11:15 / 07.10.2024
371

Bakının ən böyük problemlərindən biri tıxacdır. 

Günün istənilən saatında paytaxt yollarında tıxaca rast gəlmək mümkündür. Pik saatlarda isə vəziyyət bir qədər də mürəkkəbləşir. Çünki yollarda uzun tıxaclar yaranır. 

İllərdir bu problemin həlli üçün müxtəlif variantlar təklif olunur. Son illərdə ən çox səsləndirilən təkliflərdən biri isə Bakıda tramvay xətlərinin bərpa olunmasıdır. Bir çox ekspert düşünür ki, tramvay xətlərinin çəkilməsi paytaxtdakı kəskin şəkildə tıxacı azalda bilər. 

Bəs bu fikirlər nə dərəcə doğrudur? Tramvay xətlərinin bərpası həqiqətən Bakıdakı tıxac problemini həll etməyə kömək edə bilər? 

Məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Hit.az-a şərh verib. O bildirib ki, tıxacların aradan qaldırılması şəhər infrastrukturunun birgə səyləri nəticəsində baş verə bilər:

359635

"Bu istiqamətdə birmənalı və yaxud da birtərəfli həll yolu ola bilməz. Lakin tramvay xətlərinin çəkilməsi meqapolislərə güclü təkan verdiyi reallıqdır. Xüsusən böyük meqapolis sayılan İstanbul, Moskva, London, Paris kimi şəhərlərdə tramvaylardan istifadə olunur. 

Orada tramvayların özünəməxsus köməyi olur. Yəni sözügedən şəhərlərdə tramvayların istifadəsini tıxaca qarşı böyük effekt verir. Ona görə də birmənalı şəkildə bu metodu tətbiq etməklə paytaxtımızdakı tıxacdan da xilas ola biləcəyimizi deyə bilərik". 

Pərviz

0