Qızıl qiymətinə qalxan zibil...

SOSİAL
15:40 / 07.10.2024
236

Avtomobildən bayıra hər hansı əşya, tullantı atılmasına görə 200 manatdan 4000 manatadək cərimə tətbiq olunacaq. 

Əvvəl 30 manat idi;

Siqareti çəkib kötüyünü yerə atmağın cəriməsi 50 manatdan 300 manata qaldırılır. Bir il ərzində iki dəfə bu xətanı edən 700 manat cərimə ediləcək, yaxud barəsində 60 saatdan 100 saatadək ictimai işlər tətbiq olunacaq.

Zibli zibil qabına atmayan fiziki şəxslər 300 manat, vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər 4 min manat məbləğində cərimə ediləcək.

Doğrusunu desək, həyatımda ilk dəfədir, bu cərimələrə çox sevindim.

Azərbaycan vətandaşı Vətənini qorumaq üçün şəhid olur, amma Vətənini- şəhərini, kəndini, qəsəbəsini, küçəsini, məhəlləsini qorumaq, təmiz saxlamaq istəmir.

Cərimənin keçərli olması üztanıma kameraları ilə həyata keçməlidir. 

Hamı məsuliyyəti hiss etməlidir. Radikal addımlar olsa da, yaxşı təşəbbüsdür.

Praktika göstərir ki, insanın təkamül yolu ilə oxuyub,savadlanıb və ətrafdakılardan həya abır saxlayan, digərlərinə hörmət göstərməsi və sair keyfiyyətdə adam olması tarix boyu bir az güc, təzyiq hesabına başa gəlib.

Bəyəndiyimiz Avropa nizam intiama görə bəyənilən haldadır.

Başqalarında  xoşumuza gəlir, özümüz eləmirik.
 
Amma bu qanunun normal işləyə bilməsi üçün birinci zibil qutuları qoymaq, zibili daşımaq lazımdır, sonra tələb etmək.

Bir çox kənd qəsəbələrdə zibil qutuları yoxdur.

Camaat yük maşınları ilə ayı 5 manata zibili daşıtdırır. Bəs bu bələdiyyələr nə üçündür?

Murad

0