Biz niyə kitab oxumuruq?

SOSİAL
20:00 / 07.10.2024
354

Sosial şəbəkələrdə kitab sərgilərinin uğursuz keçməyi barədə müzakirələr, giley -güzarlar yer alır.

Niyə bizdə kitab alan və kitab oxuyan insanların sayı azdır?

Kitab oxumaq əslində aristokrat işidir. Gərək boş zamanın vaxtın ola ki, durub keyf almaq üçün kitab oxuyasan. 

Söhbət dərsə hazırlaşmaqdan deyil, bədii ədəbiyyatdan gedir. 

Ruh halın gərək o qədər rahat, sabit olmalıdır ki, kitabı qabağına qoyub ona qapılasan.

Bizdə bu imkan varmı? 

Xüsusən də  Bakıda yaşamaq üçün mütləq işləməlisən. İşləmək üçün günününü mütləq 3  saatını yollarda keçirməlisən. Yolda nəqliyyatda oxumaq olar deyənləri də eşidirəm. O basabas avtobuslarda? İkinci məsələ də  kitab sənə hansı vacib informasiyanı ötürür? Indi yerindən qalxan hər kəs kitab yazır və buraxır. 

Kitabın keyfiyyətini isə onun qabğığı ilə yox məzmunu ilə ölçürlər.Oxumaq bir az da zaman itkisidir.

Zamanımızı nəyə sərf edək?

Bizim ölkədə kitab oxumaq, bilik qazanmaq kimsənin şəxsi həyatına  xəyal etdiyi qədər müsbət təsir eləmir. Kitab o zaman hörmətli olacaq ki, kitab onu oxuyanın həyatını dəyişsin. Dəyişmirsə, oxunmayacaq, dayday axtarışı davam edəcək. 

Problem milli şüurda, yaşam tərzimizdədir. Onu isə bu son 30 ildə çox dəyişmişik. Bəlkə də geri dönüşü yoxdur.

Murad

0