Parlamentlərarası işçi qruplarına rəhbərlər SEÇİLƏCƏK

SİYASƏT
14:48 / 07.10.2024
206

Milli Məclisin oktyabrın 8-də keçiriləcək plenar iclasının gündəliyinə dəyişiklik edilib.

Modern.az-ın məlumatına görə, deputatlar Milli Məclisin işçi qruplarına yeni rəhbərlərin seçilməsini müzakirə edəcək.

"Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" məsələ gündəliyə daxil edilib.

İclasın gündəliyinə 28 məsələ daxildir.

Qeyd edək ki, Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası oktyabrın 8-də keçiriləcək.

0