Şimali Koreya Rusiyaya dəstək üçün Ukraynaya qoşun yeridə bilər

DÜNYA
19:19 / 08.10.2024
174

Şimali Koreya Rusiya ordusuna dəstək vermək üçün öz silahlı qüvvələrini Ukraynaya göndərə bilər. 

HİT.az "Yonhap"a istinadən xəbər verir ki, bunu Cənubi Koreyanın müdafiə naziri Kim Yonq-hyun deyib.

"Rusiya və Şimali Koreya hərbi müttəfiqliyə bənzər qarşılıqlı saziş imzaladıqları üçün belə bir yerləşdirmənin mümkünlüyü çox böyükdür", deyə nazir parlament dinləmələri zamanı bildirib.

Kim əlavə edib ki, Şimali Koreya qoşunlarının Ukraynanın işğal olunmuş ərazisində məhv edilməsi ilə bağlı son xəbərlər böyük ehtimalla doğrudur.

"Yonhap" əlavə edib ki, Cənubi Koreyanın müdafiə nazirinin bəyanatı Şimali Koreyanın Rusiya ilə əlaqələri gücləndirmək niyyətində olduğu bir vaxta təsadüf edib, bunu qarşılıqlı müdafiə haqqında bəndin yer aldığı ikitərəfli razılaşma sübut edir. Məlumdur ki, bu ilin iyununda baş tutan danışıqlarda Şimali Koreya lideri Kim Çen In və Rusiya prezidenti Vladimir Putin arasında saziş imzalanıb.

Bundan əvvək Ukrayna Silahlı Qüvvələri Donbasda altı Şimali Koreya zabitini məhv edib, daha üç Şimali Koreya hərbçisi yaralanıb. "Kyiv Post"un məlumatına görə, bu hücumdan əvvəl ruslar Şimali Koreryadan olan həmkarlarına hərbçilərin hücum əməliyyatlarına hazırlığını göstəriblər.

Samir

0