10 manat nizamnamə kapitalı olan şirkət Füzulidə 100 milyon manata kənd tikəcək

İQTİSADİYYAT
14:27 / 09.10.2024
220
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.
 
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, dəyəri 97 milyon 212 min 804 manat  98 qəpik olan tender müsabiqəsinin qalibi "TVM İnşaat” MMC (VÖEN- 1101408601) olub.
 
Məlumat üçün bildirək ki, "TVM İnşaat” MMC Füzuli rayonu, Dövlətyarlı kəndi üzrə fərdi yaşayış evlərinin, qeyri-yaşayış binalarının, sahədaxili mühəndis kommunikasiyaları sistemlərinin (su, kanalizasiya, qaz xətləri, elektrik və rabitə şəbəkəsi), daxili yol və səkilərin tikinti-quraşdırma işlərini həyata keçirəcək.
 
Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan "TVM İnşaat” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad ŞTQ, Müşfiqabad qəsəbəsi, ev 3D, mənzil 8 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Ağayev Musa Nizaməddin oğludur.
 
0