Macarıstanın rusların “təhlükəsizlik yoxlanışı” olmadan ölkəyə buraxılması siyasəti Avropa İttifaqı üçün risklər yaradır.
HİT.az xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Avropa Parlamentində Macarıstanın baş naziri Viktor Orbanla debat zamanı bildirib.
"Aİ-yə kimin gəlməsinə icazə verildiyindən danışarkən necə ola bilər ki, Macarıstan hökuməti Rusiya vətəndaşlarını əlavə təhlükəsizlik yoxlamaları olmadan ittifaqımıza dəvət edir?", deyə AK rəhbəri bildifib.
Avropa Komissiyasının rəhbərinin sözlərinə görə, Budapeştin bu siyasəti təkcə Macarıstanın özü üçün deyil, bütün Avropa İttifaqı üçün risklər yaradır.
İyulun 9-da Macarıstan hökuməti vətəndaşları “milli kart” – iki illik iş vizası üçün müraciət edə biləcək ölkələrin siyahısını dərc edib. Bu ölkələrə Rusiya və Belarus daxildir. Avqust ayında Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Siyarto ruslar və belaruslar üçün iş vizalarının sadələşdirilmiş qaydada alınmasının Şengenin təhlükəsizliyini təhdid etmədiyini bildirib. Onun sözlərinə görə, Şimali Avropa və Baltikyanı həmkarları tərəfindən əksini tapan bütün bəyanatlar tamamilə yalandır.
Samir