Şimali Koreya əsgərləri artıq Ukraynadadır - Kiyev üçün əsas təhlükələr

DÜNYA
17:22 / 09.10.2024
181

"Şimali Koreya ordusunun nümayəndələri artıq Ukraynadadır". 

HİT.az xəbər verir ki, bunu hərbi şərhçi Denis Popoviç bunu “Radio NV”nin efirində deyib.

"Şimali Koreya əsgərləri artıq Ukraynadadır. Ən azı, bir neçə gün əvvəl altı Şimali Koreyalı zabitin sıradan çıxarılması ilə bağlı mesaj var idi. Yeganə sual onların sayı və hansı funksiyaları yerinə yetirməsidir. İndiyə qədər dəstək funksiyalarını yerinə yetirdiklərini rəsmən bildirdilər - onlar mühəndislər, texniki mütəxəssislərdir", deyə ekspert bildirib.

Daha geniş iştirakdan danışırıqsa, ekspertin fikrincə, hərbi əməliyyatlara nəzərəçarpacaq təsir göstərmək üçün Şimali Koreya Ukraynaya 100 mindən 200 minə qədər hərbçi göndərməlidir. Lakin bu halda logistika ilə bağlı problemlər yarana bilər.

"Say nə qədər çox olsa, logistikaya bir o qədər yük düşəcək. Və logistik yük çox böyükdür. KXDR-dən Ukraynaya qədər 10 min kilometr məsafə var. Rusiya Federasiyası ilə KXDR-i isə bir dəmir yolu birləşdirir. Onıar daha çox dəmir yolları çəkməli, dəniz nəqliyyatından istifadə etməlidir. Əgər kontingent böyükdürsə, bu kontingenti doldurmaq üçün böyük sursat, avadanlıq, yaralıların təxliyyəsi və insan əlavələri tələb olunacaq. Çoxlu sayda qoşun köçürdükdə bir çox logistik problemlər yaranır", deyə Popoviç izah edib.

Ötən gün KİV-lər Ukrayna Müdafiə Qüvvələrinin Donetsk vilayətinin müvəqqəti işğal olunmuş hissəsinə hücumu zamanı Şimali Koreyadan olan 6 zabitin həlak olduğunu bildirib. Daha üç nəfər yaralanıb.

Cənubi Koreyanın məlumatına görə, KXDR öz qoşunlarını Ukraynaya müharibəyə göndərmək variantını nəzərdən keçirir. Qeyd olunur ki, qoşunlar Rusiya Federasiyası ilə Şimali Koreya arasında qarşılıqlı razılaşma çərçivəsində göndərilə bilər.

Samir
 

0