İctimai nəqliyyat necə yaxşılaşdırıla bilər?

İQTİSADİYYAT
21:55 / 10.10.2024
280

Azərbaycanda avtobus daşıyıcılarının fəaliyyəti ilə bağlı yeni konsept təqdim olunub. 

Bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev yol hərəkətinin təşkili istiqamətində yeni layihə ilə bağlı ictimai dinləmədə bildirib.

O qeyd edib ki, sistem çox sadədir və bu sistemə görə, daşıyıcıya dövlət tərəfindən hər kilometr hesabına pul ödənilir: 

“Avropada avtobuslar brutto kontraktla işləyir. Daşıyıcı kilometr hesabı dövlətdən pulunu alır və o axşam saat 12-ə qədər də xidmət göstərməyə həvəsli olur.

Yeni sistem haqqında fikir bildirən nəqliyyat eksperti Ərşad hüseynov Hit.az-a deyib ki, ictimai nəqliyyatdan istifadənin yaxşılaşdırılması, əlçatanlığın artırılması üçün müxtəlif tədbirlər görülür:

“Bu əlçatanlığın təmin olunmasının variantlarından biri də odur ki, ictimai nəqliyyat çox baha olmamalı, dayanıqlı olmalıdır və stabil maliyyə mənbəyi olmalıdır”. 

O bildirib ki, ictimai nəqliyyatı dayanıqlı  etmək mümkün deyil. Mütləq dövlət və ya bələdiyyənin maddi dəstəyi olmalıdır.

Sevinc

0