Qızdırmalı uşağı sirkə ilə silmək olmazmış

SAĞLAMLIQ
19:58 / 11.10.2024
247

Son günlər uşaqlar arasında yüksək hərarət daha çox müşahidə olunur.

Həkimlər bildirir ki, temperaturun qalxması uşaqlarda ən çox rast gəlinən hallardan birdir. 

Pediatr Mətanət Əliyeva Hit.a-a deyib ki, qızdırma xəstəlik deyil, simptomdur və heç də hər zaman xəstəlik əlaməti kimi ortaya çıxmır:

“Adətən valideynlər hərarət 37 olan kimi təlaşa düşürlər. Əsas yanlış budur. Halbuki yeni doğulmuşda 37,5 temperaturu normal sayılmalıdır. Uşaqlarda qızdırma bir gündən artıq davam edərsə, həkimə müraciət edilməlidir. Yaxşı olar ki, valideynlər hərarət olan kimi uşağa qızdırma salan dərmanlar verməsinlər. İlk növbədə hərarəti salmaq üçün fiziki üsullara müraciət olunmalıdır. Orta dərəcəli hərarət varsa, əlavə vasitələr olmadan uşağı soyundurmaq, ilıq bezlərdən istifadə edərək su ilə kompres qoymaq, ilıq duş qəbul etdirmək lazımdır. Yox, temperatur çox yüksəkdirsə, risk faktorları varsa, ailədə hərarətdən qıcolma keçirmək kimi hallar olubsa, o zaman dərmandan istifadə edilməlidir.Qızdırmalı uşağı spirtlə, sirkə ilə silmək yanlışdır”.

Sevinc

0