Baş nazir: "Aİ bloka üzv olmaq üçün namizədlərə qarşı vicdansız davranır"

DÜNYA
17:17 / 15.10.2024
124

"Avropa İttifaqı bəzən siyasi bloka qoşulmağa namizəd olan ölkələrə qarşı vicdansız hərəkət edə bilər". 

HİT.az xəbər verir ki, bunu Albaniyanın baş naziri Edi Rama deyib. Onun sözlərini “Top Channel Albania” yayıb.

“Aİ bəzən vicdansız ola bilər və namizəd ölkələrə qarşı vicdansızlıq edib. Onlar bizə qarşı dürüst deyildi", deyə Nazirlər Kabinetinin rəhbəri qeyd edib.

May ayında Avropa İttifaqının (Aİ) Ukraynadakı səfiri Katarina Maternova Kiyevin 2030-cu ildə siyasi birliyə qoşulmasını kifayət qədər real hesab etdiyini bildirib.

Hazırda Avropa İttifaqına 27 ölkə daxildir. Üzvlük üçün namizəd ölkələr Türkiyə, Şimali Makedoniya, Monteneqro, Serbiya, Albaniya, Bosniya və Herseqovina, Ukrayna və Moldovadır. Kosovo da namizəd statusu uğrunda mübarizə aparır.

Samir
 

0