Hit.az “Hüququmuzu bilək” rubrikasında növbəti suala cavab verir.
Mübahisələr zamanı gizli səsyazma sübut hesab edilə bilərmi?
Mövzu ilə bağlı Hit.az-a danışan hüquqşünas Tağı Hüseynov bildirib ki, bu əvvəllər sübut kimi sayılmırdı:
“Bu vətəndaşların həmişə ağrılı mövzusu olub. Bir-birilərinin arasında mübahisə yaranan zaman səsyazmadan istifadə edirlər. Amma qeyd edim ki, bunun məhkəmə qarşısında heç bir faydası yoxdur. Yəni , hakimlər bunu sübut kimi qəbul etmirlər. Çünki mülki və cinayət prosessual məcəllədə də bu qeyd olunur ki, belə səsyazmalar sübut kimi göstərilə bilməz.
Yalnız 12 aprel 2021-ci il tarixindən etibarən Konstitusiya Məhkəməsinin qərarı qəbul olundu ki, tərəflər aralarında mübahisə zamanı sübut üçün gizli səsyazmadan istifadə edə bilərlər. Və bu artıq məhkəmələrdə keçərlidir”.
Murad