Bayden Petro Poroşenko ilə nə danışıb?

DÜNYA
21:18 / 15.10.2024
139

ABŞ prezidenti Co Bayden ABŞ-ın vitse-prezidenti olarkən Ukraynanın eks-prezidenti Petro Poroşenko ilə söhbətlərində ona ölkədəki korrupsiyanı daim xatırladıb. 

HİT.az xəbər verir ki, amerikalı jurnalist Bob Vudvord bu barədə “Müharibə” kitabında yazıb;

ABŞ müdafiə nazirinin müavini, əvvəllər Baydenin müşaviri vəzifəsində çalışmış Kolin Kahl jurnalistə deyib ki, vitse-prezident Bayden Poroşenkoya həftədə bir neçə dəfə zəng edərək Poroşenkoya və Ukraynanın baş naziri Arseni Yatsenyuka məsləhət görüb.

Vudvord yazır ki, Poroşenkodan korrupsiya ilə mübarizə aparmağı tələb edən Bayden bir söhbətində ona "siz mənə düzgün şeyi etməyə kömək etməlisiz" deyib.

Zənglərin birində Bayden Poroşenkonun diqqətini ona yönəldib ki, korrupsiya ilə mübarizə aparmadan Ukraynanın ABŞ-dan dəstəyini davam etdirməsi çətin olacaq.

Bundan əvvəl Britaniya mətbuatı Vudvorda istinadən xəbər verir ki, Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson 2021-ci ilin payızında Rusiya prezidenti Vladimir Putini Ukraynanın yaxın gələcəkdə NATO üzvü olmayacağına inandırmağa çalışıb.

Samir

0