“Prava” evdə qalsa, cərimə edilir?

ÖLKƏ
22:57 / 16.10.2024
112

Hit.az “Hüququmuzu bilək” rubrikasında növbəti suala cavab verir.

Sürücülük vəsiqəsi evdə qalan zaman həmin şəxsə cərimə yazılır?

Mövzu ilə bağlı Hit.az-a danışan hüquqşünas Adil Piriyev bildirib ki, bu barədə heç bir cəza növü tətbiq edilmir:

“Yol hərəkəti haqqında qanunun 37-ci maddəsinə əsasən hər bir şəxs sürücülük vəsiqəsini üzərində daşımalıdır. Ancaq sürücülük vəsiqəsinin üzərində olmamasına görə İnzibati Xətalar Məcəlləsində nə məsuliyyətə cəlb edilmə, nə də cərimə yazılması nəzərdə tutulmayıb”.

Murad

0