Məşhur çia toxumunun faydaları nələrdir?

SAĞLAMLIQ
22:20 / 16.10.2024
207

Hit.az “Şəfalı bitkilər” rubrikasında məşhur çia toxumu haqqında məlumat verir.

“Çia toxumunun faydaları çoxdur, amma təhlükəli tərəfləri də az deyil”.

Bu sözləri türkə çarəçi Seymur Maqsudov Hit.az-a bildirib.

O qeyd edib ki, çia toxumu (çia danı) sağlamlıq üçün faydalı bir qida maddəsi olaraq tanınır: 

“Qara və ağ rəngdə toxumlar qədim zamanlardan etibarın Orta və Cənubi Amerikada yetişdirilir. Çia toxumu xüsusi ilə omega-3, minerallar, lif, protein ilə zəngindir. Qeyd edim ki, ona xas bir xüsusiyyət var. Su ilə təmasda olanda şişir, bu da digər qidalarla qarışdırılmasını asanlaşdırır. Faydaları saysaq, bitməz. Əsas təhlükələrindən danışaq. 

Çia toxumu insandan boğulma riski yarada bilər. Səbəb isə su ilə təmasda şişməsi və jele halını almasıdır. Daha sonra, alerjik reaksiyalar yarada, qanaxma riskini artıra bilər. Buna görə, qəbul etməzdən əvvəl həkiminizlə məsləhətləşməniz vacibdir”.

Murad

0