Alimlər gənclərdə insultun səbəbini tapdı

SAĞLAMLIQ
19:15 / 16.10.2024
218

Nyu-York Universiteti və Vircinia Texdən olan amerikalı alimlər gənclərdə insultların səbəbini müəyyən ediblər.

HİT.az xəbər verir ki, tədqiqat "Journal of Stroke and Cerebrovascular Diseases” (JSCD) elmi nəşrində dərc olunub.

Böyük damarların tıxanması (LVO-AIS) nəticəsində yaranan kəskin işemik insultlar beynin qan təchizatının ən ağır pozğunluqları hesab olunur. Onlar böyük beyin damarlarının qan laxtaları və ya lövhələrlə tıxanması səbəbindən baş verir.

LVO-AIS-in adətən yaşlı əhaliyə təsir etdiyi düşünülür, çünki damar risk faktorları yaşla artır.

Yeni araşdırmada komanda, damar tıkanıklığı səbəbindən kəskin işemik insultların daha yaşlı yaş qruplarında olduğu kimi 18-50 yaş arası insanlar arasında da tez-tez baş verdiyini aşkar edib.

Mütəxəssislərin qənaətləri Ohayoda müalicə olunan 50 yaşdan aşağı 1,2 min xəstənin tibbi məlumatlarının təhlilinə əsaslanır. Onların demək olar ki, 20%-nə LVO-AIS diaqnozu qoyulub.

Əsərin müəlliflərinin fikrincə, gənclərdə insultlara ürək problemləri və arterial xəstəliklər kimi müşayiət olunan diaqnozlar səbəb olub. Tədqiqatçılar belə xəstəliklərdən əziyyət çəkən insanların yaşından asılı olmayaraq insult üçün risk faktorlarının yoxlanılmasından keçməyi tövsiyə edir.

Samir
 

0