Bursada avtomobil istehsalı rekord QIRDI

AVTO
11:00 / 17.10.2024
953

Türkiyənin Bursa şəhərində avtomobil istehsalı rekord qırıb.

Hit.az xəbər verir ki, cari ilin ilk 9 ayında gün ərzində 1149 ədəd avtomobil istehsal olunub.

Üstəlik, onların təxminən 650 ədədi ixrac edilib. Bu isə istehsalın 56,58 faizi deməkdir. Ümumiyyətlə, ilin ilk rübündə Bursada 314 min 928 ədəd avtomobil istehsal olunub. 

Ən çox avtomobil istehsal edən şirkət Bursada fəaliyyət göstərən "OYAK Renault" olub. Sözügedən dövrdə 234 min 564 ədəd avtomobil istehsal olunub. Bu da şirkətin ümumi avtomobil istehsalındakı payının 35,7 faiz olması deməkdir. 

Pərviz

0