Məlumdur ki, Azərbaycanda boşanmaların günü-gündən artır.
Qanunvericiliyin tələbinə görə nikah müddətində ər və arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
Nigah pozulduqda tərəflərdən birinin ərizəsi ilə ümumi əmlak bölünür.
Maraqlıdır, ipoteka kreditləşməsi yolu ilə alınan əmlak necə bölünür?
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov Hit.az-a deyib ki, ipoteka ilə alınmış mənzil ər və arvadın birgə mülkiyyəti hesab olunursa, boşanma zamanı bərabər şəkildə bölünməlidir:
" 25 illik ipoteka krediti ilə alınan mənzilin 5 illik hissəsi evlilik müddətində ödənilib. Bu zaman yerdə qalan 20 ilin borcunu hər iki tərəf bərabər şəkildə ödəməlidir. Amma qadın bu borcu ödəməkdən imtina edərsə, kişi həmin 5 il ərzində ödənilən məbləğin və ipoteka kreditinə görə verilmiş ilkin ödənişin 50 %-ni qadına qaytarmalıdır. Mənzil onların evli olduğu vaxtda alınııbsa, belə hesab olunur ki, onlar ilkin ödənişi və 5 ilin kredit borcunu birlikdə ödəyiblər. Sonra kişi yerdə qalan 20 illik borcu özü ödəməlidir ki, ev ona qalsın”.
Sevinc