Hindistanda Azərbaycanın turizm imkanları tanıdılıb

İQTİSADİYYAT
16:50 / 17.10.2024
281

Oktyabrın 16-da Hindistanın Mumbay şəhərində keçirilən “WeddingSutra” tədbirində toy təşkilatçılığı üzrə ixtisaslaşmış sənaye nümayəndələrinə Azərbaycanda bu istiqamətdə mövcud olan imkanlar tanıdılıb. 

Azərbaycan Turizm Bürosu ilə yanaşı, tədbirdə ölkəmizi Azərbaycan Hava Yolları (AZAL), “Şahdağ” Turizm Mərkəzi, “Dreamland” Qolf Klubu, “Sea Breeze Resort” və Abşeron Hotel Qrupun nümayəndələri təmsil ediblər. 

Azərbaycanın Hindistan bazarı üçün toy turizmi destinasiyası kimi tanıdılması və qlobal tərəfdaşlıq əlaqələrinin genişlənməsi məqsədilə tədbirdə Azərbaycan haqqında təqdimat nümayiş etdirilib və müxtəlif turizm məhsulları haqqında məlumat verilib.

0