Pezeşkian İran-ABŞ münasibətlərini normallaşdıracaq? - ŞƏRH

DÜNYA
10:28 / 18.10.2024
323

Məsud Pezeşkianın İran Prezidenti seçilməsindən sonra rəsmi Tehranın ABŞ ilə münasibətlərinin necə olacağı maraq doğurmağa davam edir. 

Bəzi ekspertlər Pezeşkian dönəmində tərəflər arasındakı gərginliyin geridə qalacağı və hətta ikili münasibətlərin normallaşacağını proqnozlaşdırırlar. Baxmayaraq ki, rəsmi Vaşinqton Pezeşkianın prezident seçilməsinin Tehranla münasibətlərə təsir etməyəcəyini bəyan edib. Buna rəğmən, Pezeşkian dönəmində tərəflər arasında normallaşma olacağını düşününlərin sayında azalma yoxdur. 

Ümumiyyətlə, Məsud Pezeşkian dönəmində İranın ABŞ ilə bağlı mövqeyi dəyişəcək? 

Siyasi şərhçi Məhsa Mehdili Hit.az-a açıqlamasında deyib ki, belə bir gözlənti inandırıcı deyil:

360402

"İranın siyasi sistemində bütün qüvvələrin rəhbəri ali dini lider adlanan şəxsdir. Yəni ali dini lider adlansa da, o, İranda bütün sistemin lideridir. Prezident isə sadəcə onun siyasətini həyata keçirir. 

Tehran dövləti sadəcə olaraq daxili və xarici təzyiqləri azaltmaq üçün Məsud Pezeşkian kartından istifadə etdi. Çünki çox sıxışmışdılar. Lakin İran prezidentinin ölkənin xarici siyasətini müəyyənləşdirmək və ya dəyişdirmək kimi bir ixtiyarı yoxdur. Xarici ölkələrlə bütün siyasi münasibətləri də ali dini lider Əli Xamenei müəyyən edir. Prezident isə onları icra etməyə məcburdur".

Onun sözlərinə görə, İran-ABŞ münasibətlərində hansısa dəyişiklik olmayacaq:

"Tehran hakimiyyəti sadəcə sözdə daha yumşaq dildən istifadə etmək üçün Pezeşkianı seçdi. Amma əməldə əsas siyasi xətlərindən imtina etməyəcəklər. Ona görə də Məsud Pezeşkian İranın ABŞ ilə münasibətlərdə də rol oynaya bilməz".

Pərviz

0