Universitetlər hansı şəhərlərə köçürülə bilər? - Adlar AÇIQLANDI

ÖLKƏ
10:46 / 22.10.2024
385

"Hesab edirəm ki, hazırda Azərbaycan Texniki Universitetinin Sumqayıta, Azərbaycan Memarlıq və İnşaat Universitetinin isə Gəncəyə köçürülməsi ən perspektivli və düzgün qərar olardı".

Bu sözləri təhsil eksperti Cahid İmanlı Hit.az-a açıqlamasında deyib. 

O, bunun səbəblərini isə belə izah edib:

360586

"Hər iki şəhərdə "universitet təcrübəsi" mövcuddur. Həmçinin, şəhər infrasukturu oralarda əlavə universitetlərin açılmasına imkan verir. Yeni universitetlərin açılması bu şəhərlərin daha da inkişafına səbəb olacaq. Bu isə bizim milli maraqlarımıza uyğundur".

Ekspert qeyd edib ki, Bakı ilə yanaşı digər güclü elmi-mədəni potensialı olan mərkəzlərin yaradılması vacibdir:

"Məsələn, Azərbaycan Dövlət İqtisad Universiteti üçün Ağdamda bütöv bir kompleksin tikintisi daha çox uyğun olardı. Bu, Qarabağ Universitetindən sonra bölgənin sosial, iqtisadi və mədəni inkişafına ən böyük töhfə olardı. Hətta Ağdama hansısa universitet köçürülməsə belə, orada yenə də böyük bir universitetin açılması Azərbaycanın gələcək strateji planlarından biri olmalıdır". 

Cahid İmanlının fikrincə, ümumiyyətlə paytaxtdakı bütün universitetlərin köçürülməsi isə doğru olmaz:

"Paytaxtdakı universitetlərin Bakı ətrafına köçürülməsi perspektivli görünmür. Bu yenə də eyni problemlərin sadəcə qismən yer dəyişməsi olacaq".

Pərviz

0