Şübhəli maliyyə əməliyyatları artıb...

İQTİSADİYYAT
19:58 / 22.10.2024
137

“Şübhəli bank maliyyə əməliyyatları ilə bağlı son vaxtlar 4 müəyyən işlər görülür. Son zamanlar bu istiqamətdə müəyyən işlər görülməyə başlanılıb”. 

Bu sözləri Hit.az-a hüquqşunas Əkrəm Həsənov deyib.

O bildirib ki, təyinatında, göndərilmə yerində və bir sıra digər parametrlərində şübhələr yarananda həmin əməliyyatlara nəzarət bir qədər gücləndirilir. Bu tip əməliyyatlar çirkli pulların yuyulması istiqamətində fəaliyyətlərin qarşısının alınmasına yönəlib. 

Xatırladaq ki, Azərbaycanda şübhəli hesab edilən maliyyə əməliyyatlarının sayı kəskin artıb. 

2023-cü ildə Azərbaycan bankları şübhəli hesab etdikləri 1 393 əməliyyatla bağlı Maliyyə Monitorinqi Xidmətinə (MMX) hesabat təqdim edib.

Məlumata görə, bu, 2022-ci illə müqayisədə 31,8 % çoxdur. Ötən il bankların şübhəli saydığı əməliyyatların ümumi məbləği isə 8 milyard 167,8 milyon manat təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 3,9 dəfə çoxdur.

Sevinc

0