Bəzi insanlar nə üçün tez yorulur? - HƏKİM AÇIQLADI

SAĞLAMLIQ
14:13 / 23.10.2024
326

"Sağlam insanların həddindən artıq tez yorulmasının bir çox səbəbləri var".

Bu sözləri tibbi ekspert, həkim-terapevt Rasif Bağırov Hit.az-a açıqlamasında deyib.

O, sözügedən səbəblərdən bəhs edib:

"Sağlam insanın tez yorulması onun fiziki hazırlığından və orqanizmində vitamin çatışmazlığının olub-olmaması ilə bağlıdır. Gündəlik idmanla məşğul olan, fiziki müəyyən prosesləri həyata keçirən, əzələ inkişafı normal olan insanda yorğunluq olmur". 

Həkim qeyd edib ki, bədənində D vitamini çatışmayan, kalsiumu az olan şəxslər tez yorulur:

"Kalsium və D vitamini az olanda insanlarda sümük-əzələ sisteminin inkişafı zəif olur. Bu isə onların daha tez yorulmasına səbəb olur. Həmçinin, başqa vitamin və mineralların çatışmamazlığı da yorğunluq hallarına çox rast gəlinir".

360686

Rasif Bağırov onu da əlavə edib ki, bəzən də şəxsin iş şəraitindən asılı olaraq da tez yorulması mümkündür:

"Bu, xüsusilə gecə növbəsində işləyənlərə aiddir. Məsələn, hər gecə növbədə işləmək insan sağlamlığına çox ciddi ziyanı var. Bir gün gündüz, bir gün gecə işləmək də insan sağlamlığına zərərlidir. İnsanın beynində gecə vaxtı ifraz olunan melatonin adlı maddə bütün orqanların səhəri günü normal işləməsini təmin edir. 

Əslində, bir gecə işləyən adam itirdiyi enerjini bərpa etmək üçün 1-2 gün evdə olmalıdır. Lakin hər gün ya da günaşırı gecə növbəsində işləyən insanlar bunu bərpa edə bilməz. Ona görə də onlarda həmişə yorğunluq hiss olunur. Əmək və istirahət vaxtını düzgün bölüşdürən insanlar daha gec yorulur. Əksini edənlər isə tez yorulur".

Pərviz

0