"Qərb silah istehsalına, o cümlədən Ukraynaya sərmayə qoymalıdır"

DÜNYA
22:45 / 23.10.2024
122

Finlandiya parlamentinin spikeri Jussi Halla-aho bildirib ki, genişmiqyaslı işğal illərində Rusiya öz silah və sursat istehsalını artırıb və bu, Qərb ölkələrindən Ukrayna ərazisi də daxil olmaqla silah istehsalına investisiyaların artırılmasını tələb edir.

HİT.az xəbər verir ki, bu barədə “Yle” məlumat yayıb.

Halla-aho ümid edir ki, Qərb ölkələri təkcə özlərinin silah istehsalına deyil, həm də birbaşa Ukraynada hərbi materialların istehsalına sərmayə qoyacaqlar.

"Biz hərbi materialların istehsalına sərmayə qoymalıyıq: həm burada öz ehtiyatlarımızı artırmaq və Ukraynaya yardım göstərmək, həm də Ukrayna ilə əməkdaşlıq edərək, orada istehsala sərmayə qoymaq üçün. Yəqin ki, ukraynalıların indi ümid etdikləri və bir sıra Avropa silah istehsalçılarının etdikləri budur. Yəni birbaşa Ukraynada istehsalın qurulması yardımın çatdırılması ilə bir çox logistik problemləri həll edəcək", deyə Finlandiya parlamentinin sədri bildirib.

Onun fikrincə, Ukrayna müharibə zamanı öz döyüş sursatı və silah istehsalını xeyli artırıb və ölkədə Rusiya Federasiyasının zərbələrindən müdafiə edə biləcəyi silah istehsalı zavodları üçün yerlər var.

Samir
 

0