Dini kəbin, yoxsa rəsmi nikah?

SOSİAL
19:50 / 24.10.2024
449

“Kəbin və nikah ikisi də eyni mahiyyəti daşıyır. Termin olaraq, bunları ayırırlar və birinin adını dini kəbin qoyurlar. Bəyəm kəbinin dinsizi də olur? Kəbin, nikah, əqd, zaqs, evlənmək hamısı eyni şeydir. Kəbin , yaxud nikah eyni məqsəd üçün icra edilir və evliliyin elan edilməsinə, rəsmiləşməsinə deyilir”. 

Bu sözləri Hit.az-a ilahiyyatçı Tural İrfan deyib.

O bildirib ki tərəflər razıdırsa, şərtlər hasırdırsa kəbini molla da, dövlət rəsmisi də oxuya bilər. Ancaq əsas və vacib olan dövlət rəsmisinin oxuduğudur: 

“Bu, dini cəhətdən də belədir. İslam dininə görə əsas önəmli olan mollanın oxuyub, rüşvət aldığı yox, dövlət rəsmisinin icra edib , rəsmiyyətə daxil etdiyi nikah qanuni və keçərlidir. Ruhanilər xalqı istismar etmək üçün belə şeylər uydurublar ki, qazanc əldə etsinlər. Tutaq ki, adam Asan Xidmətin müvafiq bölümündə nikah kəsdirirsə, bu həm dünyəvi, həm də dini cəhətdən qaneedicidir. Daha sonradan mollaya gedib , rüşvət verib halal nikaha haram qatmaq özü günahdır. Çünki, ruhanilərin kəsdiyi kəbinin heç bir hüquqi, dini, dünyəvi əhəmiyyəti yoxdur. Aldadıcı bir əməldir. Dövlətin kəbinini icra etdikdən sonra xurafata meylli adamlar istəsə gedib mollaya da oxuda bilər. Bu, öz işləridir. Amma buna heç bir ehtiyac yoxdur. Quranda, Peyğəmbərin sünnəsində, Əhli Beytin ənənəsində nikah və ya kəbin sadəcə evlənmə aktının rəsmiləşməsinə, elan edilməsinə deyilir.

Şərtlər yerində olur, tərəflər razı olur və müəyyən şahidlər, iştirakçılarla birgə yaxud , özləri evliliyi rəsmişdirirlər. İslamda dini, dinsiz deyə təsnifat yuxdur. Bunu saxtakar, dini alverə çevirən molla sürüsü yaradıb. Mirzə Cəlil, Sabir, Haqverdiyev elələri ilə mübarizə aparırdı əvvəllər. İndinin Mirzə Cəlilləri isə təəssüf ki, özləri də qoşulublar o saxtakarlara”. 

Sevinc

0