Gürcüstandakı proseslər necə yekunlaşacaq? - PROQNOZ

DÜNYA
14:14 / 24.10.2024
350

"Bu gün Gürcüstan vətəndaş müharibəsinin astanasındadır".

Bu sözləri Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Hit.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu gözlənilən idi:

"İlk olaraq "xarici agentlər haqqında" qanunun qəbul edilməsi zamanı Gürcüstanda Qərb ölkələrinin prosesə müdaxiləsinin şahidi olduq. Ona görə də indiki vəziyyətin gözlənilən olduğunu düşünürəm. Qərbdən olan dövlətlər Gürcüstanı əldən buraxmaq istəmirlər. Çünki Gürcüstan onlar üçün Cənubi Qafqaza giriş rolunu oynayır. Nəzərə almaq lazımdır ki, Gürcüstan Qara dəniz sahilində olan ölkə olduğundan mühüm əhəmiyyətə sahibdir". 

360780

Ekspertin fikrincə, proseslər iqtidarın qələbəsi ilə yekunlaşacaq:

"Gürcü Arzusu partiyasının nüfuzunun yüksək olduğunu nəzərə alsaq, proseslərin hazırkı iqtidarın qələbəsi ilə bitəcəyini deyə bilərik. Lakin Qərb ölkələri rahat şəkildə Gürcüstandan vaz keçmək istəmirlər. Oradakı mövqelərini əldən buraxmamağa çalışırlar".

Lakin Xəyal Bəşirov qeyd edib ki, hər an hər şey baş verə bilər:

"Bəzi Qərb ölkələri Gürcüstan hakimiyyətini zəiflətməyə çalışacaqlar. Ona görə də hər an hər şey baş verə bilər. Hətta Gürcüstanda hakimiyyət dəyişikliyininə gətirib çıxaran proseslərin də şahidi ola bilərik. Bu da təbii ki, Qərbdən olan qüvvələrin ölkədəki növbəti inqilabı nəticəsində reallaşa bilər.

Gürcüstan daxilində isə bir növ müstəqil uğrunda mübarizə gedir. Hazırda ölkə ictimaiyyəti iki yerə bölünüb. Onların bir qismi qərbyönümlü siyasəti dəstəkləyir, digər qismi isə ölkədə Qərbdən asılı olmayan hakimiyyətin formalaşmasının tərəfdarıdır. Ümumiyyətlə, bütün bu proseslər Gürcüstandakı vəziyyətin xoşagələn olmadığından xəbər verir. Heç bir tərəf isə digərinə güzəşt etmək niyyətində deyil".

Pərviz

0