Türkiyə Ukraynanın 1991-ci il sərhədlərinə qayıtmasını istəyir, amma...

DÜNYA
17:32 / 24.10.2024
139

"Türkiyə Krım da daxil olmaqla, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Ukraynaya suverenlik və ərazi bütövlüyünün bərpasında hər cür dəstəyi verməyə davam edəcək, lakin hesab edir ki, müharibəni bitirməyin yolunu döyüş meydanında deyil, diplomatik müstəvidə axtarmaq lazımdır".

HİT.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədr müavini Bəkir Bozdağ Krım Platformasının III Parlament Zirvə toplantısında çıxışı zamanı deyib.

Türkiyə parlamentinin vitse-spikeri qeyd edib ki, Ukraynanın öz azadlığı və suverenliyi uğrunda mübarizəsi 2022-ci ilin fevralında deyil, on il əvvəl Rusiyanın Krımı qanunsuz ilhaq cəhdi ilə başlayıb. Bu kontekstdə o vurğulayıb ki, Türkiyə Beynəlxalq Krım Platformasında Krım məsələsini dünya ölkələrinin gündəminə əsas prioritetlərdən biri kimi daxil etməyə çalışdığı üçün iştirak edir.

“Ukrayna öz yolunu açır və dəhşətli müharibədə özünü müdafiə edir. Eyni zamanda, biz diplomatik yolla getməli, beynəlxalq hüquq normalarına riayət etməliyik. Əminik ki, bu münaqişənin başa çatmasına yönəlmiş strateji baxış, onun həlli döyüş meydanında deyil, diplomatik müstəvidə tapılmalıdır”, deyə Bozdağ bildirib.

O, əmin edib ki, Türkiyə Krım da daxil olmaqla, beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində suverenlik və ərazi bütövlüyünün bərpasında Ukraynaya hər cür dəstəyi davam etdirəcək:

“Biz bu mübarizədə Ukraynaya kömək etmək üçün bütün səylərimizi səfərbər edirik. Biz həmçinin Ukraynanın yenidən qurulmasına kömək etməyə hazır olduğumuzu bildiririk”.

Samir
 

0