Güclü yağış zamanı avtomobil sürücüləri nə etməlidir? - Maşın ustasından məsləhət

SOSİAL
21:19 / 25.10.2024
377

Bir neçə gün öncə paytaxt və Abşeron yarımadasında ani hava dəyişməsi nəticəsində yağan leysan xarakterli güclü yağışlar bir çox çətinliklər yaradıb.

Leysan yağışlar səbəbindən ölüm hadisəsi, maşınların xarab olması, yolların pis günə düşməsi müşahidə edilib. 

Əsas məqam isə güclü yağışa məruz qalan avtomobillərdədir. 

Maraqlıdır, güclü yağış zamanı avtomobil sürücüləri nə etməlidir? 

Bu barədə Hit.az-a açıqlama verən maşın ustası Aruz Qasımov deyib ki, su maşının motoruna dolması səbəbi ilə yararsız hala düşür:

“Həftənin əvvəlində baş verən güclü yağışlar səbəbi ilə bir çox sürücü mənə eyni problemlə müraciət edib. Problemlər ən çox mühərriklərlə bağlıdır. Güclü yağış zamanı mühərriklərə su daxil olur. Hər bir avtomobildə hava sovurma üçün qurğu var. Gölməçəyə, güclü yağışa düşən avtomobilə bu sovurma borusundan hava yox, su daxil olur. Mühərrikə hava yerinə su gəldikcə sıradan çıxır. Bir müddətdən sonra avtomobil avtomatik kilidlənir. Qapılar açılmır. Ona görə sürücülər qapılar kilidlənməmiş avtomobildən çıxmalıdır”. 

Murad


 

0