Milli mətbəximizi təbliğ edən səhifənin restoranı açıldı - FOTO

İQTİSADİYYAT
11:05 / 28.10.2024
326

Sosial şəbəkələrdə Azərbaycan mətbəxinin unudulmuş yeməklərini təbliğ edən “Ursula Culinary” səhifəsinin restoranı açılıb.

HİT.az xəbər verir ki, “Ursula Kitchen” adlanan restoran “Molokan” bağında yerləşir. 

Videolarında Azərbaycan filmlərindən fraqmentlərə xüsusi yer ayıran brend məkanında da öz dəsti-xəttinə sadiq qalıb. Restoran xüsusi dizaynı ilə qonaqlarının marağına səbəb olub. 

“Sənət kimi yemək” sloqanı ilə tanınan brendin yaradıcısı Ziya Zeynalov bildirib ki, restoran izləyicilərin xüsusi tələbi ilə fəaliyyətə başlayıb: 

“Bu brendi yaradarkən əsas hədəfimiz Azərbaycan mətbəxinin unudulmuş incilərini yenidən üzə çıxarmaq idi. Düşünürəm ki, öz personajlarımız ilə insanların üzündə gülüş yarada bildik. Brendimizin restoran kimi fəaliyyətə başlamasında bizə izləyicilərimiz stimul oldu. Bu böyük dəstək üçün hər bir izləyicimizə dərin təşəkkürümüzü bildiririk. İnanırıq ki, dadlı təamlarımız və yaradıcı dizaynımızla restoranımızın qonaqlarını da məmnun yola salacağıq”.

Qeyd edək ki, “Ursula Kitchen” restoranı “Molokan” bağı, Mərdanov Qardaşları 6 ünvanında yerləşir.

0