Amerikalıların əksəriyyəti Trampın məğlubiyyəti qəbul etməyəcəyinə inanır

DÜNYA
19:06 / 28.10.2024
119

Qeydiyyatdan keçmiş amerikalı seçicilərin əksəriyyəti hesab edir ki, ABŞ prezidentliyinə namizəd Donald Tramp qarşıdan gələn prezident seçkilərində mümkün məğlubiyyətini qəbul etməyəcək. 

HİT.az xəbər verir ki, bu, CNN/SSRS sorğusunun nəticəsidir.

Araşdırmaya görə, sorğu iştirakçılarının 69%-i hesab edir ki, respublikaçı uduzsa, seçkinin nəticələrini qəbul etməyəcək. Digər 30% isə əks fikirdədir. Sorğuda iştirak edən amerikalıların 1%-i cavab verməkdə çətinlik çəkib.

Bundan əvvəl “Times” "YouGov" sorğusuna istinadən yazıb ki, ABŞ sakinlərinin 25%-dən çoxu prezident seçkilərindən sonra ölkədə vətəndaş müharibəsinin başlaya biləcəyinə əmindir.

“Amerikalıların dörddə birindən çoxu hesab edir ki, bu ilki prezident seçkilərindən sonra vətəndaş müharibəsi başlaya bilər”, deyə nəşr yazır.

Samir

0