Universitet və məktəblərdə dərs saatları azaldılacaq? - AÇIQLAMA

ÖLKƏ
10:15 / 29.10.2024
287

Zaman-zaman Azərbaycanda dərs saatlarının azaldılması gündəmə gəlir. 

Bu təklif əsasən universitetlərlə bağlı olur. Bəzən isə məktəblərlə bağlı bənzər təkliflər görürük. Bununla bağlı bir çox ekspert fikir bildirsə də, hansısa addım atılmayıb. Lakin yenə də bu məsələ öz aktuallığını qoruyur. 

Bəs Azərbaycandakı universitetlərdə və ya məktəblərdə dərs saatları azaldıla bilər? 

Təhsil eksperti Adil Vəliyev Hit.az-a açıqlamasında bildirib ki, Azərbaycanda məktəblərdə və ya universitetlərdə dərs saatlarında hansısa dəyişikliklərin olacaqı gözlənilmir:

361082

"Çünki beynəlxalq standartlar və normalar var. Azərbaycan təhsil sistemində həm dərs müddətləri, həm də digər məsələlər bu normalara uyğun olaraq müəyyən edilir. Lakin müəyyən mənada tənəffüslərin və ya dərslərin keçirilmə vaxtında dəyişikliklər ola bilər".

Ekspert bununla bağlı nümunələr də verib:

"Məsələn, humanitar fənləri oxumaq daha rahatdır, texniki fənlər isə hesablamalar olduğu üçün adətən daha çətin olur. Hesab edirəm ki, bəzi humanitar və texniki fənlərin tənəffüs zamanında müəyyən dəyişikliklərin edilməsi mümkündür. Texniki fənlər bir gündə 2 dərsdən daha çoxdursa, aralarındakı tənəffüs vaxtı uzadıla bilər. 

Həmçinin, həmin texniki fənlərin arasındakı müddətə dərs cədvəlində dəyişiklik edilməsi mümkündür. Dərs müddətin azaldılması və ya artırılması isə indiki halda şagirdlər və tələbələr arasında çaşqınlıq yarada bilər. Bu isə onların dərs prosesinə və təhsilinə mənfi təsir edə bilər".

Pərviz

0