Azərbaycanda iki nəfər göbələkdən zəhərlənərək öldü

HADİSƏ
12:35 / 29.10.2024
1015

Azərbaycanda iki nəfər göbələkdən zəhərlənərək ölüb.

Bu barədə TƏBİB-dən ildirilib.

"28.10.2024-cü il saat 01:00 radələrində 1985-ci il və 1977-ci il təvəllüdlü (qadın cinsli) şəxslər göbələk zəhərlənməsi diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Onlara ilkin tibbi yardım göstərilib və ixtisaslı tibbi yardımın göstərilməsi üçün təcili tibbi yardım avtomobili vasitəsilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyəsinə qərar verilib. Təxliyə zamanı 1977-ci il təvəllüdlü (qadın cinsli) şəxsin xəstəxanayaqədər ölüm faktı qeydə alınıb.

1985-ci il təvəllüdlü (qadın cinsi) şəxs isə kəskin ağır və ekzotoksiki şok vəziyyətində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə çatdırılıb. Bütün reanimasiyon tədbirlərin aparılmasına və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb", - məlumatda deyilir.

0