Mandarinin hansı faydaları və zərərləri var?

ÖLKƏ
13:36 / 29.10.2024
137

"Mandarinin insan orqanizminə çox ciddi faydaları var".

Bu sözləri qida məsələləri üzrə ekspert İlkin Şirinov Hit.az-a açıqlamasında deyib.

O, mandarinin tərkibindən bəhs edib:

"Bu meyvənin tərkibində A, B və C vitaminləri var. Həmçinin, kalsium, maqnezium və natrium kimi mirellarla da zəngindir. Mandarinin qabığında belə vitaminlər olur. Hətta mandarinin qabığından ətir saçdığı və B vitamininə sahib olduğu üçün şirniyyat istehsalında da istifadə edirlər".

361098

Ekspert qeyd edib ki, mandarin insanı ürək-damar xəstəliklərindən qoruyur:

"Xalq təbabətində də sözügedən xəstəliklərindən əziyyət çəkən şəxslərə mandarin yemək tövsiyə olunur".

İlkin Şirinov mandarinin faydaları ilə yanaşı, zərərlərindən də danışıb:

"Təəssüf ki, həddindən artıq mandarin istehlak etmək qaraciyər piylənməsi yaradır. Bundan başqa, allergik xəstəlikləri olan insanlar da mandarin yeməməlidir. Həmçinin, hamilə qadınların mandarin qəbul etməsi bəzi fəsadlara yol aça bilir". 

Mütəxəssis sözlərinə belə davam edib:

"Eyni zamanda, mədə və bağırsaq xəstəliklərindən əziyyət çəkənlərin gündəlik normadan artıq mandarin istifadə etməməsi tövsiyə olunur. Əks təqdirdə, dərilərində müxtəlif səpkilər əmələ gəlmə ehtimalı olacaq".

Pərviz

0