Hikmət Hacıyev: "Washington Post" SSRİ-nin son günlərində "Komsomolskaya Pravda"nı xatırladır"

SİYASƏT
11:33 / 30.10.2024
248

Dünya ağla qaranı yaxşı ayırd edir. Çirkin təbliğatlar dünyada yalnız ikrah və inamsızlıq yaradır.

HİT.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” platformasında Ceff Bezosun “Washington Post“da dərc edilmiş məqaləsinə münasibət bildirərkən qeyd edib.

Prezidentin köməkçisi, "xüsusilə də COP29 ərəfəsində Azərbaycana qarşı “Washington Post“ və müəyyən Konqres rəsmiləri tərəfindən çirkin təbliğat kampaniyaları aparıldığını, Ceff Bezosun məqaləsinin bu cür media orqanlarına etimadın qalmadığını ifşa etdiyini" qeyd edib.

“Mən həmişə Azərbaycana qarşı çirkin təbliğat kampaniyası aparan “Washington Post” qəzetinin və bəzi Konqres rəsmilərinin diqqətini Ceff Bezosun bu məqaləsinə cəlb etmək istərdim. Cəsarətli və haqlı tənqidində Bezos “Washington Post” və digər media orqanlarının timsalında etibar səviyyəsinin nə qədər aşağı düşdüyünü göstərir. O, eyni zamanda, qurban obrazının yaradılmasının fayda vermədiyini də qeyd edir...

Bununla belə, Bezosun məqaləsi problemlərə milli səviyyədə toxunur, qlobal miqyasda etimad isə daha da aşağıdır. Dünya ağı ilə qaranı yaxşı fərqləndirir. Çirkin təbliğatlar dünyada yalnız ikrah və inamsızlıq yaradır… “Washington Post dakı "yoldaşlar". Sizin üslubunuz və iş metodologiyanız mənə SSRİ-nin son günlərindəki “Komsomolskaya pravda”nı xatırladır”, - Hikmət Hacıyev qeyd edib.

0