Axşamlar hansı qidalar yeyilməlidir?

SAĞLAMLIQ
19:40 / 30.10.2024
300

Mütəxəssislər axşam vaxtı hər qidanın istehlak edilməməsinin məsləhət görür.

Xüsusilə, ət yeməklərinin istehlak edilməsi sağlamlığa ziyan olduğu deyilir.

Dietoloq Leyla Sarıyeva Hit.az-a şərhində deyib ki, ət yeməkləri gec həzm edilir:

 “Mal, qoyun əti 4-5 saata həzm edilir. Yatmamışdan əvvəl yüksək kalorili yeməklər, bişmiş şirniyyatlar yemək olmaz. Axşama doğru həzm prosesi ağırlaşır, odur ki, axşamlar daha yüngül və rahat qidalara üstünlük vermək lazımdır. Şəkərli diabet xəstələri, mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkən, arterial təzyiqi yüksək olan və arıqlamaq istəyən insanlar yaxşı olar ki, axşam yeməklərinə diqqət etsinlər. Daha yağlı, daha kalorili qidaları mümkün qədər kənarlaşdırsınlar və daha rahat həzm olunan yüngül qidalara üstünlük versinlər. Axşam yeməyi üçün ən yaxşı seçim bitki qidaları, quş əti, dəniz məhsulları, kəsmik və az yağlı pendir ola bilər. Yatmazdan öncə aclıq hiss edirsinizsə, bir stəkan az yağlı kefir için”.

Sevinc

0