"Məişət zorakılığı ilə bağlı ciddi işlər görülməlidir"

HADİSƏ
23:34 / 30.10.2024
744

Bu gün bir çox ailələr məişət zorakılığından əziyyət çəkdi yini bildirir. 

Məişət zorakılığı nədir? 

“Vəfa Sosial” İctimai Birliyinin sədri Fatimə Hacıbəyi Hit.az-a deyib ki, məişət zorakılığı geniş məfhumdur:

“Məişət zorakılığı zamanı qadınların ən çox üzləşdiyi və səssiz qalmağa məcbur olmasının səbəbi iqtisadi azadlığının olmamasıdır. Ümumiyyətlə, iqtisadi baxımdan sıxıntıların olması ailədə gərginliyin yaranmasına gətirib çıxarır. Bu isə ailədə məişət zorakılığı hallarının baş verməsi ilə nəticələnir. İqtisadi cəhətdən problemi olmayan xanımlar daha özgüvənli olur, maliyyə problemi yaşayanlar isə daha çox zorakılıq hallarına məruz qalırlar. Ona görə də iqtisadi zorakılıq vacib bir məqamdır. Bir problemi həll etmək üçün əvvəlcə onu tanımaq və ad qoymaq lazımdır. Təhsildən kənarda qalan və ya buna məcbur edilən qızlarımızı təhsilə cəlb etməli, onlara maliyyə bacarıqlılığını aşılamaq lazımdır. Fiziki, psixoloji, cinsi, mənəvi şiddət məişət zorakılığı sayılır”.

Birlik sədri hesab edir ki, məişət zorakılığı ilə bağlı ciddi işlər görülməlidir. Zorakılıq törədən şəxslərin təkcə həbs yox, eyni zamanda, məcburi psixoloji reblitasiyadan keçmələri üçün tədbirlər planı olmalıdır.

Sevinc

0