Zelenski ABŞ yardımı azalarsa, Avropanın dəstəyinə ümid edir

DÜNYA
21:19 / 30.10.2024
108

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, ABŞ-ın yardımı azalacağı təqdirdə iqtisadi cəhətdən Rusiyadan qat-qat güclü olan Avropanın dəstəyinə ümid edir.

HİT.az xəbər verir ki, bunu Ukrayna dövlətinin başçısı Şimali Avropa ölkələrinin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələrinə müsahibəsində deyib.

“Mən sizə xatırlatmaq istəyirəm ki, Avropa böyükdür, Rusiyadan qat-qat böyükdür. Mən iqtisadiyyat, silahlanma və hərbi seqment baxımından nəzərdə tuturam - çox güclüdür. Deməli, plan ABŞ-ın az-çox dəstəyi ilə uduzmaq deyil. Biz özümüzə, Avropada birliyə və Amerika xalqının ictimai rəyinə arxalanacağıq", deyə Zelenski bildirib.

Eyni zamanda o, ABŞ-ın siyasətinin dəyişməyəcəyinə ümid etdiyini, Ukraynanı dəstəkləməyə davam edəcəklərini qeyd edib.

"Çünki ABŞ-ın siyasəti təkcə Ağ Ev deyil, həm də Konqres, Senat və iki partiyanın dəstəyidir", deyə Zelenski vurğulayıb.

Samir

0