"Azərbaycan tikinti-inşaat sektorunun yeni ünvanı kimi diqqəti cəlb edir"

İQTİSADİYYAT
20:00 / 01.11.2024
308

“Bakıda keçirilən “Xəzər İnşaat Həftəsi” ölkələr arasında strateji tərəfdaşlıq əlaqələrinin qurulmasında vacib məkan rolunu oynadığını nümayiş etdirib.
 
22 ölkədən 380-dən artıq şirkətin nümayəndəsinin qatıldığı sərgilərdə tikinti və inşaat infrastrukturları sektorunun təmsilçilərinin bir aya gəlməsi və innovativ həllərin inteqrasiyasının təşviqi baxımından razılaşmalar əldə etməsi mühüm əhəmiyyət kəsb edir”.

Bu barədə Milli Məclisin deputatı Aydın Hüseynov Hit.az-a şərhində deyib.

O bildirib ki, hazırda Azərbaycanın böyük tikinti meydanına çevrilmiş azad ərazilər tikinti-inşaat sektorunun yeni ünvanı kimi diqqəti cəlb edir. Bu bölgədə dayanmadan fasiləsiz aparılan ilə tikinti-quruculuq işlərində ən qabaqcıl tikinti normaları, müasir texnologiyalardan istifadə edilir, “ağıllı tikinti” modeli genişlənməkdədir:

 “Xüsusilə işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti işlərində ekoloji yönümlü tikintilərə daha çox önəm verilir, ekoloji sağlam tikinti materiallarının istehsalı və bu prosesə bərpa olunan enerjinin inteqrasiyası da daxil olmaqla beynəlxalq təcrübələrdən geniş istifadə olunur.  Bu baxımdan, “Rebuild Karabakh” sərgisi azad edilmiş ərazilərdə ən yeni “ağıllı tikinti” texnologiyalarının, innovasiyaların tətbiqi, bu sahəyə dünyanın iri tikinti-biznes sektorlarının nümayəndələrinin cəlb edilməsi sahəsində yaxşı fürsət hesab edilə bilər”. 

Sevinc

0