265 nömrəli tam orta məktəbin "2ç" sinfində COP29-la bağlı tədbir keçirilib - FOTOLAR

ÖLKƏ
17:02 / 04.11.2024
297

265 nömrəli tam orta məktəbin "2ç" sinfində COP29-la bağlı tədbir keçirilib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib,Vətən uğrunda həlak olan şəhidlərin əziz ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən 265 nömrəli tam orta məktəbin direktoru Yeganə Qurbanova bildirib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının ( COP29) Azərbaycanda keçirilməsi cənab prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsidir:

"Bu gün Azərbaycanın mötəbər tədbirlərin məkanına çevrilib. Bu da dövlətimizin beynəlxalq aləmdə gündən-günə artan nüfuzunun sübutudur. Cənab prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycanın regionda aparıcı aktora çevrilib. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı və böyük uğurlara imza atmış tərəfdaş ölkə kimi qəbul edirlər".

"2ç"-nin sinif rəhbəri Günel Abuşova qeyd edib ki, COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərar ölkəmizə növbəti dəfə böyük etimad və inamın göstəricisidir:

"Azərbaycan bir çox mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib. COP29 Azərbaycanın indiyədək ev sahibliyi edəcəyi ən irimiqyaslı tədbirdir. Bu tədbirin əhəmiyyəti olduqca böyükdür. Əminliklə söyləyə bilərik ki, bir neçə gün sonra ölkəmizə keçiriləcək COP29-a da Azərbaycan uğurla ev sahibliyi edəcək və Bakıda iqlim dəyişmələri ilə əlaqədar məsələlərin həlli yolu tapılacaq. Bu günə qədər cənab prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bir çox uğurlara imza atıb. Növbəti uğurumuz da COP29 olacaq. Əminəm ki, bu konfrans ən yüksək səviyyədə keçiriləcək və tarixə həkk olunacaq".

Daha sonra şagirdlər təbiətə aid müxtəlif səhnəciklər, şeirlər və mahnılar səsləndiriliblər.

0