Aİ diplomatiyasının rəhbəri Cənubi Koreya və Yaponiyanı səhv saldı

DÜNYA
18:40 / 04.11.2024
116

Avropa İttifaqının (Aİ) Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell Asiya turu çərçivəsində Seulda danışıqlar zamanı Yaponiya və Cənubi Koreyanı səhv salıb. 

HİT.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Borrell Cənubi Koreya hökumət rəsmiləri ilə görüşdə deyib: "Mən bir avropalı olaraq Aİ və Yaponiya arasında müdafiə və təhlükəsizlik tərəfdaşlığını elan etmək üçün buradayam".

Avropa nümayəndə heyətinin üzvü açıqlama verdikdən və Cənubi Koreya təmsilçiləri güldükdən sonra Borrell səhvinə görə üzr istəyib və iradını düzəldib.

Noyabrın 1-də Avropa İttifaqı ilə Yaponiya arasında strateji, təhlükəsizlik və müdafiə sahəsində tərəfdaşlıq haqqında saziş imzalanıb. Yaponiyanın xarici işlər naziri Takeşi İvaya və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Tokioda keçirilən mərasimdə sənəd mübadiləsi aparıblar.

Samir

0