"Apple" və "Google” proqramlarını senzura tətbiq etsə, "Tesla" smartfon buraxacaq

TEXNO
18:50 / 05.11.2024
486

İlon Maskın "Tesla" şirkəti hələ ki, öz smartfonunu buraxmağı planlaşdırmır, lakin "Apple" və "Google" proqramları senzuraya başlasa, şirkətin planları dəyişə bilər. 

HİT.az xəbər verir ki, bilyarder bu barədə Co Roqan ilə podkastda deyib.

"Əgər "Apple" və "Google" həqiqətən pis işlər görməyə başlasa, tətbiqləri senzuraya salsa, məncə, biz öz smartfonumuzu yaradarıq", deyə İlon Mask bildirib.

O, həmçinin əlavə edib ki, "Tesla" avtomobillərində istifadə edilən xüsusi proqram təminatı sayəsində "Tesla Android" və iOS olmadan smartfon yaratmaq üçün digər şirkətlərə nisbətən daha yaxşı vəziyyətdədir.

Milyarderin hansı senzuranı nəzərdə tutduğu açıqlanmayıb. Yəqin ki, o, "Tesla" proqramlarının, X sosial şəbəkəsinin (keçmiş Twitter) və digərlərinin "App Store" və "Google Play"də (Play Market) qadağan edilməsindən danışır. Bununla belə, hazırda Maskın şirkətləri və tətbiqləri üçün belə ilkin şərtlər yoxdur.

İnternetdə tez-tez "iPhone", "Samsung" və digərləri ilə rəqabət aparacaq "Tesla Phone" smartfonu haqqında şayiələr yayılır. Ancaq bu cür xəbərlər heç vaxt heç nə ilə təsdiqlənməyib.

Samir

0