Bu məhsulun qiyməti kəskin ucuzlaşdı - 30 qəpik oldu

İQTİSADİYYAT
10:04 / 06.11.2024
175

İmişli rayonunda xurmanın yığımına başlanılıb.

HİT.az "Report"a istinadən xəbər verir ki, bu barədə fermerlərməlumat veriblər. Onların sözlərinə görə, bu il məhsul həmişəki kimi boldur.

Belə ki, hər ağacdan 40 kq-a yaxın məhsul toplanır. Lakin məhsulun alış qiyməti fermerləri qane etmir:

"Həmişə xurmanı 1 manata satmışıq, amma bu il qiymətlər çox aşağı - 30 qəpiyə qədər ucuzlaşıb. Məcbur qalıb həmin qiymətə satırıq. Yoxsa məhsulumuz məhv ola bilər".

0