Bayram günlərində banklar işləyəcək?

İQTİSADİYYAT
11:30 / 07.11.2024
217

Zəfər və Dövlət Bayrağı günləri ilə əlaqədar qeyri-iş günləri olan noyabrın 8–13-də bankların, “Azərpoçt” MMC-nin bir sıra filial və şöbələrinin, eləcə də valyuta mübadilə məntəqələrinin fəaliyyət göstərəcəyi bildirilib.

HİT.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, qeyri-iş günlərində vətəndaşların və ölkəmizi ziyarət edən qonaqların valyuta mübadiləsi xidmətlərinə çıxışını təmin etmək məqsədilə 19 bankın 180 xidmət nöqtəsi (5 bankın 12 xidmət nöqtəsi 24 saat rejimində), “Azərpoçt” MMC-nin 68 şöbəsi və valyuta mübadilə məntəqələri xidmət göstərəcək.

Həmçinin, noyabrın 11-də başlayacaq COP29 tədbiri və digər əlamətdar günlər zamanı Mərkəzi Bankın 966 Qaynar xətti 09:00-18:00 saatları ərzində fəaliyyətini davam etdirəcək.

Banklar, “Azərpoçt” və valyuta məntəqələrinin iş qrafiki ilə bağlı əlavə məlumat üçün müvafiq keçidlər təqdim olunub. COP29 konfransı ilə bağlı bankların ATM və POS-terminal infrastrukturunun davamlı işləməsi də xüsusi diqqətdə saxlanılacaq.

0