Fərid Seyidov və Azər Məmmədov "general-mayor" rütbəsi aldı

HƏRBİ
17:24 / 07.11.2024
332

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Fərid Mirmufid oğlu Seyidova “ədliyyə general-mayoru” ali hərbi rütbəsi verilib.

HİT.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Digər sərəncamla polkovnik Azər Aydın oğlu Məmmədova “general-mayor” ali hərbi rütbəsi verilib. Azər Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin müavinidir.

0